- Model bizə nə üçün lazımdır? - Dataya görə model, yoxsa modelə görə data? - Daxili (internal) və (external) data mənbələrindən necə istifadə etməli? - Yaxşı model necə olur?
RSVP'd
Model nə zaman işə yarayır?
Müasir bizneslərin ayrılmaz parçası olan Data Science komandalarının işi data emalı və model qurmaq olaraq bilinsə də, həqiqət düşünüldüyündən daha fərqlidir. Model və data çox zaman aparsa da, bir o qədər vaxt da modellə bağlı qərar vermək və seçim etmək üçün sərf edilir. Bu isə araşdırmalar, müzakirələr və dəfələrlə edilən cəhdlər əsasında baş verir. Bu seminarda model seçilməsi prosesində aşağıdakı suallara necə cavab tapacağımızı öyrənəcəyik.
- Model bizə nə üçün lazımdır?
- Dataya görə model, yoxsa modelə görə data?
- Daxili (internal) və (external) data mənbələrindən necə istifadə etməli?
- Yaxşı model necə olur?
- Model dəyişənləri bizi aldada bilərmi?
- Hansı daha etibarlıdır: intuisiya, yoxsa statistik göstəricilər?
- Model səhv edəndə ona necə kömək edək?
Qeydiyyat linki : lnk.bio/s/gdgbaku/bf734
Saturday, May 6, 2023
8:00 AM – 10:00 AM (UTC)
Contact Us