Bu görüşümüzdə işləyən kod ilə production-ready kod arasındakı əsas fərqlərdən danışacağıq. Müasir backend layihələrində...
67 RSVP'd
Bu görüşümüzdə işləyən kod ilə production-ready kod arasındakı əsas fərqlərdən danışacağıq. Müasir backend layihələrində təmiz arxitektura, təhlükəsizlik, testlər, loglama, monitorinq və kodun uzunmüddətli saxlanılması kimi vacib mövzuları real nümunələr üzərindən araşdıracağıq.
🎤 Spikerimiz Haqqında
Qonağımız Mətləb Abbaszadə, EPAM Systems şirkətində Software Engineer və Team Lead olaraq fəaliyyət göstərir.
O, Java və Spring Boot texnologiyaları əsasında korporativ səviyyəli backend sistemlərinin hazırlanması, mikroservis arxitekturası, REST API-lər, təhlükəsizlik və cloud texnologiyaları sahəsində təcrübəyə malikdir. Komandaya texniki rəhbərlik etməklə yanaşı, proqram təminatının keyfiyyət standartları, clean code prinsipləri və production environmently ready tətbiqlərin hazırlanması istiqamətində fəaliyyət göstərir.
💡 Tədbirdə Nələr Gözlənilir?
Bu təqdimatda aşağıdakı mövzular müzakirə olunacaq:
* İşləyən kod ilə production-ready kod arasındakı əsas fərqlər
* Clean Architecture və Layered arxitekturanın üstünlükləri
* Təhlükəsizlik prinsipləri və autentifikasiya
* Loglama, monitorinq və sistemin izlənəbilənliyi
* Komanda şəraitində oxunaqlı, genişlənə bilən və uzunömürlü kod yazma prinsipləri
Təqdimat həm backend proqramlaşdırmaya yeni başlayanlar, həm də peşəkar inkişaf yolunda olan proqramçılar üçün nəzərdə tutulub. Məqsəd yalnız işləyən kod yazmağı deyil, real layihələrdə etibarlı, saxlanılması asan və istehsal mühitinə hazır proqram təminatının necə qurulduğunu praktiki yanaşma ilə göstərməkdir.
📅 18.07.2026
🕚 13:00
📍 Half Way Inn Sport Pub (28 May küçəsi)
📲 Qeydiyyat: Register Now > RSVP
Saturday, July 18, 2026
9:00 AM – 11:00 AM (UTC)
EPAM Systems
Software Engineer | AI Engineer
Ericsson
Community Leader
GDG Organizer
R.I.S.K. company
GDG Organizer
GDG Organizer
Baku State University
PhD candidate @CSB | Google WTM Ambassador
Pasha Bank OJSC
Model Risk Audit
Pixelfork
Organizer & Team Member