Süni intellekt sistemlərinin imkanları hər gün daha da genişlənir. Bəs bu sistemlərin təhlükəsizliyini necə təmin etməli...
112 RSVP'd
Süni intellekt sistemlərinin imkanları hər gün daha da genişlənir. Bəs bu sistemlərin təhlükəsizliyini necə təmin etməli? Növbəti görüşümüzdə süni intellekt sahəsindəki ən aktual zəifliklərdən və onlardan qorunma yollarından danışacağıq.
🎤 Spikerimiz Haqqında:
Qonağımız süni intellekt sahəsində 4 ildən artıq təcrübəyə malik mühəndis Abdullah Kazımovdur.
Abdullah bəy hazırda süni intellekt təhlükəsizliyi və idarəedilməsi sahəsində ixtisaslaşmış və bu yaxınlarda 9.5 milyon dollar investisiya cəlb etmiş ABŞ-ın "Polygraf" startapında çalışır. O, mühəndislik fəaliyyəti ilə yanaşı, həm startap, həm Co-korporativ mühitdə layihə rəhbəri kimi fəaliyyət göstərib. Bu təcrübə onu öz startapını qurmağa ilhamlandırıb. Onun rəhbərlik etdiyi "Tifosi AI" startapının ərsəyə gətirdiyi media analitikası aləti hazırda dövlət qurumları tərəfindən uğurla istifadə olunur. Qeyd edək ki, 2025-ci ilin yanvar ayında beynəlxalq "F6S" platforması "Tifosi AI"-ı Azərbaycanda 1 nömrəli süni intellekt startapı elan edib. Abdullah Kazımov Corc Vaşinqton Universitetinin məzunudur, kompüter elmləri və məlumatların analitikası üzrə magistr dərəcəsinə sahibdir.
💡 Tədbirdə Nələr Gözlənilir?
Süni intellekt köməkçiləri (agentləri) onlara verilən təlimatları yerinə yetirməkdə çox uğurludur. Lakin bu köməkçilər faylları oxuduqda, müxtəlif rəqəmsal alətlərdən istifadə etdikdə və digər sistemlərlə ünsiyyət qurduqda təhlükəsizlik riskləri kəskin şəkildə artır.
Bu praktiki seminarda biz Google DeepMind tərəfindən müəyyən edilmiş 6 əsas təhlükə kateqoriyasını təhlil edəcəyik. Eyni zamanda, proqramlaşdırma dilində sıfırdan sadə və effektiv müdafiə üsulları qurmağı öyrənəcəyik. Tədbirdə bədxah şəxslərin sistemlərə gizli təlimatları necə sızdırdığını, yaddaşı necə korladığını, alətlərin işini necə ələ keçirdiyini və insanları necə manipulyasiya edə bildiyini, ən əsası isə bütün bunların qarşısını necə almağı araşdıracağıq.
Tədbir həm süni intellektlə yeni işləməyə başlayanlar, həm də artıq bu sistemləri real layihələrdə tətbiq edənlər — bir sözlə, hər kəs üçün faydalı olacaq şəkildə hazırlanıb.
📅 Detallar:
🗓 Tarix və Saat: 27 iyun, 11:00
📍 Məkan: ADA Universiteti, B korpusu, otaq 203
⏳ Son qeydiyyat tarixi: 25 iyun
Saturday, June 27, 2026
6:45 AM – 10:00 AM (UTC)
Polygraf AI
Machine Learning Engineer
Baku State University
WTM Ambassador
Pasha Bank OJSC
Model Risk Audit
Ericsson
Community Leader
GDG Organizer
R.I.S.K. company
GDG Organizer
GDG Organizer
Baku State University
PhD candidate @CSB | Google WTM Ambassador
Pasha Bank OJSC
Model Risk Audit
Pixelfork
Organizer & Team Member