
Süni intellekt texnologiyaları inkişaf etdikcə, peşəkarlar arasında eyni narahatlıq güclənir: bu dəyişimə necə hazırlaşm...
97 RSVP'd
Süni intellekt texnologiyaları inkişaf etdikcə, peşəkarlar arasında eyni narahatlıq güclənir: bu dəyişimə necə hazırlaşmaq lazımdır, haradan başlamaq lazımdır?
Google Developer Group Baku, Women Techmakers Baku və Women in Data Science Baku icması olaraq, bu sualı açıq şəkildə müzakirə etmək üçün bir araya gəlirik. Panel formatında keçiriləcək tədbirdə AI-ın müxtəlif sənaye sahələrinə təsirindən, gələcəyin əmək bazarından və praktiki bacarıqlardan danışacağıq. Texniki bilik tələb olunmur — yalnız maraq kifayətdir.
Moderator :
Lalə İbadullayeva : maşın öyrənməsi, struktur biologiyası və data science sahələrinin kəsişməsində 4+ illik təcrübəyə malik Hesablama Struktur Bioloqu və Proqramlaşdırma Mühəndisidir. Hazırda o, Bakı Dövlət Universitetinin Rəqəmsal Texnologiyalar və Tətbiqi Tədqiqatlar Mərkəzi-də mütəxəssis kimi fəaliyyət göstərir və akademik mühitdə hesablama yönümlü tədqiqatların və rəqəmsal innovasiyaların inkişafına töhfə verir. Son olaraq, o, struktur biologiyası sahəsində dünyanın aparıcı elmi müəssisələrindən olan MRC LMB`də Struktur Tədqiqatları bölməsində qonaq tədqiqatçı kimi fəaliyyət göstərmiş və hesablama struktur biologiyası istiqamətində araşdırmalar aparmışdır. Texniki fəaliyyətindən əlavə, Lalə GDG Baku-da aktiv təşkilatçı və WTM Baku-da səfir olaraq fəaliyyət göstərir. O, developerlər üçün tədbirlərin təşkilinə, mentorluq fəaliyyətlərinə və texnologiya sahəsində qadınların gücləndirilməsini hədəfləyən təşəbbüslərə dəstək verir.
Panelistlər :
Sitarə Ağayeva : Azərbaycan Dövlət İqtisad Universitetində mühasibatlıq üzrə bakalavr, International University of Applied Sciences-də kompüter elmləri üzrə magistr təhsili almışdır. Peşəkar fəaliyyətində ABB Bankda data və biznes analitiki, PASHA Holding-də isə data scientist, model validator və model risk mütəxəssisi kimi çalışmışdır. Hazırda “PASHA Bank”da Model Risk Audit kimi Maşın Öyrənməsi və Süni Zəkanın yarada biləcəri risklərə nəzarət edir.
Fidan Əhmədli : hazırda “PAŞA Sığorta” şirkətində LEAN Biznes Analitik kimi əməliyyat səmərəliliyini və miqyaslanmanı (scalability) gücləndirən proseslərin optimallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərinə rəhbərlik edir. Əvvəllər “Azerconnect” MMC və “PAŞA Holdinq”də çalışarkən, o, biznesin performansını artıran RPA əsaslı avtomatlaşdırma layihələri də daxil olmaqla, ümumkorporativ transformasiya və əməliyyat mükəmməlliyi (operational excellence) proqramlarında da iştirak etmişdir.
Leyla Bakirli : 5+ illik təcrübəyə malik UX/Product Designer və Research Analyst yönümlü mütəxəssisdir. Hazırda həm yerli, həm də beynəlxalq bazarda freelancer olaraq fəaliyyət göstərir. Karyerası boyunca Racool Studio, Comestask, Mashintap tətbiqi və Elitline Limo kimi müxtəlif məhsullarda UX/UI və product dizayn sahəsində təcrübə qazanmışdır. End-to-end UX proseslərində user research, usability testing, data analizi, user journey və flow optimizasiyası, həmçinin high-fidelity UI dizayn təcrübəyə malikdir. Bundan əlavə, 20+ nəfərə UX/UI sahəsində mentorluq dəstəyi olub. Son dövrlərdə AI texnologiyalarını həm research, həm də design proseslərinə inteqrasiya edərək daha sürətli və effektiv nəticələr əldə etməyə fokuslanır.
Nəzrin Salimzadə : 5 illik Agile üzrə təcrübə - Scrum Master, Agile Coach və Program Manager. İqtisad Universiteti ISE - Business Administration məzunudur. Azərbaycanda Azercell, Yelo Bank və SABAH.hub şirkətlərində təcrübə, Estoniyada Ericsson şirkətində 2 illik Agile Lead kimi təcrübələrə sahibdir. Hazırda online şəkildə təlim keçir və paralel olaraq Bir ekosisteminin PO Growth proqramında tədris alıram.
Görüşmək ümidilə.
Saturday, May 23, 2026
7:00 AM – 9:00 AM (UTC)
Pasha Bank OJSC
Model Risk Audit
PASHA İnsurance LLC
Enterprise Solutions Specialist
Magic Youth Estonia
Founder
UX/UI Designer
WTM Ambassador
Ericsson
Community Leader
GDG Organizer
R.I.S.K. company
GDG Organizer
GDG Organizer
Baku State University
PhD candidate @CSB | Google WTM Ambassador
Pasha Bank OJSC
Model Risk Audit
Pixelfork
Organizer & Team Member